haberL haberR

"Bu addım heç də asan olmayacaq"

Kateqoriya: İslam Yayımlama tarixi: 20.10.2015 20:03:07

Hz.Abbas məscidində Hacı Zülfüqar Mikayılzadənin imamətliyi ilə namaz qılınıb

Ötən həftə Bakının Maştağa qəsəbəsində yerləşən Hz.Abbas məscidində növbəti Cümə namazı baş tutdu. Hacı Zülfüqar Mikayılzadənin imamətliyi ilə baş tutan namazı xətib Məhərrəm ayının gəlişi münasibətlə hər kəsə təsliyyət ərz etməsi ilə başladı. Daha sonra o İmamətin  mahiyyətindən söhbət açaraq dedi: “Quranda Peyğəmbəri (s) təhdid edən ayələr içində şiddət baxımından Qədir Xum günü nazil olan ayə qədər şiddətli bir ayə yoxdur. Quran Peyğəmbərə (s) “Sənə nazil olanı çatdır, əgər çatdırmasan risaləti yerinə yetirməmisən” deyə sərt bir tələb bildirir. Mövzu aydındır. Bu bütün Peyğəmbərlik zəhmətinə bərabər və çətin, ağır bir missiyadır. İslam Peyğəmbəri (s) Əlinin (ə) imamət və vilayətini elan edərək hər kəsi bu yola itaətə dəvət edir. Ardınca isə bu ayə nazıi olur ki, Bu gün dininizi sizin üçün kamilləşdirdim, neməti tamam etdim və din olaraq sizin üçün İslamı seçdim. Və təbii ki, dinin kamilliyi məhz imamətlədir. Lakin ayədəki təkid, israr məlum edir ki, bu addım heç də asan olmayacaq.

Quran bütün bunlara yekun qiymət verir: Ya Peyğəmər! Sənin bu çətinlik və məşəqqətin müqabilində muzd və mükafat olaraq sənə Əhli-beytinin (ə) məhəbbətini hədiyyə verirəm. Görün bu məhəbbət nə qədər əhəmiyyətə malikdir ki, Quran bunu Peyğəmbərin (s) iyirmi üç illik məşəqqət, əziyyət və əzabı müqabilində ona hədiyyə edir. Niyə? Məyər Əhli-beytdə (ə) nə var idi ki, bu bütün əziyyətin müqabilində hədiyyə idi? Yalnız bir şey, Haqq, ilahi dəyərlərdən bir anlıq sapmayan düz yol! Bu müküfat həqiqətə verilən mükafat idi. Peyğəmbərdən (s) sonra hər kəs xilafət işində azğınlığa düçar olduğu halda Əhli-beyt (ə) bu gün daha aydın görünən Quanın buyurduğu sabit hətiqət yolunu qorudu.

Bu gün bəşəriyyətin yaşadığı bütün müsibətlərin yalnız bir çıxış yolu var: Praktiki haqq və həqiqətə əsaslanan Əhli-beyt (ə) yolu. Bu yol və bu yolun Hüseyn (ə) kimi onu məcrasından çıxmağa qoymayan İmamalarının (ə) yaşamı, mübarizəsi və bütünlükdə həyat tərzi. Quran buna görə bunu Peyğəmbərin (s) bütün əziyyətləri müqabilində mükafat adlandırırdı”

Söhbətinin sonunda ilahiyyatçı dualar etdi.

Hazırladı: Kərbəlayi Vasif Əliyev

"AzadNews" qəzeti

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.