haberL haberR

Bu avtobusların hərəkət xətti dəyişdi

Kateqoriya: Sosial Yayımlama tarixi: 24.03.2016 13:33:11

"BakuBus" MMC-dən verilən məluata görə, paytaxtın 7-ci mikrorayon ərazisində yaşayan sakinlərdən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq 3 saylı marşrut avtobuslarının hərəkət xəttində dəyişiklik edilib.

Belə ki, "BakuBus" MMC-yə məxsus 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların son dayanacağı metronun "Azadlıq prospekti" stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə metronun "Dərnəgül" stansiyasının önü olacaq.

Qeyd edək ki, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirildiyindən avtobuslar artıq Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək.

Dəyişiklik martın 25-dən etibarən icra olunacaq.

İslmazeri.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.