haberL haberR

Bu bağçalarda uşaqlar odun saxlanan otaqda yatır

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 07.04.2015 11:00:00

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki uşaq başçaları və körpələr evində yoxlamalara başlayıb
İslamazeri.az xəbər verir ki, bu barədə virtualaz.org saytına komitədən məlumat veriblər.
 
Komitədən bildiriblər ki, Qazaxda bir neçə uşaq bağçası və körpələr evində ciddi nöqsanlar aşkarlanıb.
 
Belə ki, Qazax rayonu Daş Salahlı kəndində yerləşən 1, 2 və 3 saylı, şəhərin Azadlıq küçəsində yerləşən 6 saylı uşaq bağçası-körpələr evində reyd keçirilib. Bəlli olub ki, bağçaların mətbəx və məhsul anbarlarının vəziyyəti qeyri-qənaətbəxşdir. Mətbəxdə olan soyuducular temperatur göstəriciləri ilə tənzimlənmədən istismar olunur, istismar olunan məişət qabları köhnəlmiş vəziyyətdədir, soba köhnə və paslıdır, odunlar uşaqların yataq otağında saxlanılır.
 
6 saylı bağçada otaqların qızdırılması üçün dizel yanacağından istifadə olunur ki, bu da həm təhlükəlidir, həm də otaqların qızdırılmasına kifayət deyil. Habelə mətbəx işçiləri uniforma ilə təmin olunmayıb və işçilər tibbi müayinədən keçirilməyiblər.
 
Bağçalarda gündəlik menyu tərtib edilir. Amma standarta əsasən menyu hər bir müəssisədə qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik tərtib olunmalıdır. Həmçinin bişirilmiş yeməklərin gündəlik nümunəsinin götürülmüsi zamanı normativ sənədin tələbinə riayət olunmur. Belə ki, gündəlik nümünə 100 qramdan az olmayaraq yemək və qarnir nümunələri həcmində qapalı steril şüşə qablarda götürülməli və 48 saat müddətində xüsusi soyuducuda və ya soyuducuda ayrılmış xüsusi yerdə 2-60 C-də saxlanılmalıdır. Lakin nümunələr adi qablarda götürülərək soyuducuda xammallarla bir yerdə saxlanılır.
 
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müəssisənin rəhbərinə vaxt verilib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.