haberL haberR

“Bu, bankçılıq deyil, soyğunculuqdur” - Deputat

Kateqoriya: Ölkə Yayımlama tarixi: 31.05.2016 15:42:49

Deputat son zamanlar bəzi bankların insanların borclarının qaytarması üçün soyğunçuluq və qeyri-insani davranışlara əl atmasını da diqqətə çatdırıb.

"2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli bildirib ki, 2015-ci ilin büdcəsi bir sıra məqamlara görə qənaətbəxşdir. “2015-ci il ağır keçən illərdən biridir, amma büdcənin qorunub saxlanması asan iş deyil və bunu müsbət qiymətləndirmək lazımdır. 2015-ci il 21 fevral devalvasiyasından sonra yeni situasiyanın yaranması nəticəsində qum saatı işə düşüb. Bütövlükdə vahid maliyyə-pul-kredit siyasətinin həyata keçirilməsi vaxtıdır. Bu böhranlı vəziyyətdən tez çıxması üçün koordinasiya gücləndirilməlidir. Maliyyə, pul-kredit siyasəti manatın sabitliyi, inflyasiyanın aşağı saxlanması üçün deyil, həmçinin yeni iş yerlərinin açılması üçün də əhəmiyyətli olmalıdır. Kredit problemlərini həll etmədən bank sistemin sağlamlığına nail olmaq mümkün deyil. Təkliflər hazırlayıb aidiyyatı strukturlara göndərmişik. Bir ay keçib və cavablar gözləyirik”.

Deputat son zamanlar bəzi bankların insanların borclarının qaytarması üçün soyğunçuluq və qeyri-insani davranışlara əl atmasını da diqqətə çatdırıb.

“Bəzi banklar borcların qaytarılması üçün insanların daşınan və daşınmaz əmlaklarını, maaşlarını bütövlükdə ələ keçiriblər. Bununla yanaşı, ailə başçılarını itirən şəxslərə dövlət tərəfindən verilmiş müavinətlərini də yüz faiz almağa başlayıblar. Bu qanuna və insanlığa uyğun deyil. Məhkəmələrdə banklara kredit borcunun qaytarılması üçün əmək haqqından 50 faizdən artığını tutmağa icazə verilmirdi. Bəzi banklar bu addımı atır. Bu bankçılıq deyil, soyğunculuqdur”(bizimyol.info)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.