haberL haberR

Bu bələdiyyə qulluqçusu məsuliyyətə cəlb ediləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.02.2015 17:07:17

Azərbaycanda kütləvi informasiya vasitələrində barəsində etik davranışları qaydalarına zidd və maraqların toqquşması ilə bağlı məlumat gedən bələdiyyə qulluqçusu dərhal məsuliyyətə cəlb olunacaq
Bu, yeni hazırlanan “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsinin 19-cu maddəsində əks olunub.

Maddəyə görə, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət yaradan müddəalar sırasına bu da daxildir: “Kütləvi informasiya vasitələrində bələdiyyə qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulduğu və maraqların toqquşmasına yol verildiyi barədə məlumatın dərc edilməsi”. Buna görə həmin bələdiyyə qulluqçusu və orqanı məsuliyyət daşıyacaq.

Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən plenar iclasa tövsiyə olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.