haberL haberR

Bu gecənin və sabahkı günün əməlləri

Kateqoriya: İslam Yayımlama tarixi: 06.06.2016 20:15:55

Mübarək Ramazan ayı daxil oldu

İslamazeri.az bu gecənin əməllərini diqqətinizə çatdırır...

Bu gecə:

1.Ayı axtarmaq və onu tapdıqdan sonra üzünü ona tutaraq desin: “Rəbbi və rəbbuk, Allahu rabbul aləmin. Allahummə əhhilhu ələyna bil əmni vəl iman vəs səlamətə vəl islam vəl afiyətil mucəllələti və difaih əsqam vər rizqin vasi vəl əuni ələssəlati vəssiyami vəl qiyam və tilavətil quran. Allahummə səllimna lişəhri rəməzanə və təsəlləmhu minna və səllimna fihi hətta yənqəziyə ənna şəhru rəməzan və qəd əfəutə ənna və qəfərtə ləna və rəhmətina.”

2. Qusl etmək.

3. İmam Hüseyni ziyarət etmək (Əssəlamu Ələykə Ya Əba Əbdillah - ən azı bu ziyarəti oxumaq).

4. “Fəth” surəsini oxumaq.

5. “Coşən kəbir” duasını oxumaq.

6. İki rükətli namaz. Hər rükətdə həmddən sonra Ənam surəsi.

7. Dörd rükət namaz. Hər rükətdə Həmddən sonra 11 dəfə Tovhid surəsi.

Sabahkı gün:
1.Qusl.

2.Ətirlənmək

3. İki rükət namaz qılıb sədəqə çıxartsın.

4. İki rükət namaz. Birinci rükətdə həmddən sonra Fəth surəsi, ikinci rükətdə isə hər Həmddən sonra hər hansı bir surə.

5. Gün çıxanda bu duanı oxusun: “Allahummə qəd həzərə şəhrə rəməzan və qəd iftərəztə ələyna siyaməh və ənzəltə fihil quran, hudən linnas və bəyyinat minəlhuda vəl furqan. Allahummə əinna əla siyamihi və təqəbbəlhu minna və təsəlləmhu minna və səllimhu ləna fi yusrin minkə və afiyəh, innəkə əla kulli şəy in qədir.”

Hazırladı İslamazeri.az üçün
Ruhullah Novruzzadə 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.