Bu gün 5 idmançımız Olimpiya Oyunlarında çıxış edəcək

"Report"un məlumatına görə, ilk olaraq, mübarizəyə kanoeçi Valentin Demyanenko qoşulacaq.
33 yaşlı idmançı Bakı vaxtı ilə saat 16:23-də 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edəcək. Onun rəqibləri çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban olacaq.
Saat 17:11-də isə kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşünə qatılacaq. Onun rəqibləri çinli Yu Ju, yeni zelandiyalı Liza Karrinqton, danimarkalı Emma Yorgensen, almaniyalı Frantsişka Veber, belaruslu Marina Litvinçuk, macarıstanlı Danuta Kozak və serbiyalı Dalma Ruziçiç Benedek olacaq. "London-2012"də bu məsafədə qızıl medalı Kozak qazanıb. Osipenko-Radomskaya daha öncə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Son 2 olimpiadada qızıl medal qazanmış Karrinqton yenə Azərbaycan təmsilçisinin rəqibləri arasındadır. Kayakçımız yenidən medal qazansa, eyni olimpiadadan 2 medalla qayıdan ilk idmançı kimi ölkəmizin tarixinə düşəcək.
Saat 17:24-də qadın güləşçi Natalya Sinişin 53 kq çəkidə mübarizəyə başlayacaq. Onun rəqibi son 3 olimpiadanın qalibi və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida olacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal görüşləri saat 24:00-da başlanacaq.
Saat 18:00-da triatlonçu Rostislav Pevtsov start xəttinə çıxacaq. 56 idmançı 1,5 km məsafəni üzüb keçdikdən sonra 43 km-lik yolu velosipedlə qət edəcək və 10 km qaçaraq finişə çatacaqlar. Ukraynalı legioner "Bakı-2015" I Avropa Oyunlarında bürünc medal qazanıb.
Nəhayət, saat 22:00-da boksçu Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində yarımfinal döyüşündə kubalı Arlen Lopeslə üz-üzə gələcək. Lopes 2015-ci il dünya çempionatı və Panamerika Oyunlarının qalibi olub. Şahsuvarlı isə gözlənilmədən finalın bir addımlığına çataraq, ən azı bürünc medalı təmin edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.