haberL haberR

Bu gün Ayətullah Behcətin vəfatının ildönümüdür (Video)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 17.05.2016 12:52:42

Bu gün böyük arif, Ayətullah Behcətin vəfatının altıncı ildönümüdür

İslamazeri.az-ın verdiyi xəbərə görə, böyük arif cənab Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.” Elə bu vaxt dərin yuxuya gedir. Hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra tədricən tamam sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir. Evləndikdən sonra ilk övladının adını “Mehdi” qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını “Məhəmməd Hüseyn” qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu “Məhəmməd Təqi” deyə çağırır. Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəfi-Əşrəfə hicrət edir.     

 

Bu video Ayətullah Behcətin vəfatından 17 il əvvəl İslamazeri.az-ın Quma ziyarətə gedən müxbiri tərəfindən çəkilmişdir...

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.