Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk sammiti keçiriləcək

Rusiya prezidenti Vladimir Putin bu gün, avqustun 8-də Azərbaycan və İranın dövlət başçıları İlham Əliyev və Həsən Ruhani ilə görüşmək üçün Bakıya səfər edəcək.
"Report" xəbər verir ki, prezidentlərin bu formatda görüşü ilk dəfə keçiriləcək.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bir müddət əvvəl jurnalistlərə verdiyi açıqlamasına görə, Rusiya prezidenti ilk olaraq İlham Əliyev, sonra isə Həsən Ruhani ilə görüşəcək.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu hələ ki, açıqlanmır, lakin başda energetika məsələsi olmaqla ticari-iqtisadi sahədə üçtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri gündəlikdə durur. O, həmçinin bildirib ki, dövlət başçıları bir sıra aktual regional və beynəlxalq problemləri, o cümlədən Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də diqqət mərkəzində olacaq.
Uşakov qeyd edib ki, sammitdə bütün Avrasiya üçün mühüm olan və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsi olacaq Rəşt (İran) – Astara (Azərbaycan) dəmiryolu magistralının inşası layihəsinin müzakirəsi böyük əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani avqustun 7-dən Azərbaycanda səfərdədir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.