haberL haberR

Bu gün Bakının bu yerlərində qaz olmayacaq

Kateqoriya: Ölkə Yayımlama tarixi: 18.05.2016 9:43:49

Bu gün Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, yeni çəkilmiş küçə qaz xəttinin mövcud qaz xəttinə qoşulması, Pirallahı qəsəbəsi ərazisində qaz xətləri üzərində quraşdırılmış qaz tənzimləyicinin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 18-də saat 09:00-dan  işlər yekunlaşanadək  Sabunçu rayonunun Maştağa, Bilgəh, Albalılıq və Savalan yaşayış massivində, Suraxanı rayonunun Zirə qəsəbəsinin, həmçinin Xəzər rayonunun Pirallahı və Buzovna qəsəbələrinin  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.