haberL haberR

Bu gün Ərəb Liqası Şərm əl-Şeyxdə toplanır

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.03.2015 11:42:34

Ərəb Ölkələri Liqasının növbəti toplantısı Ərəb İttifaqının Yəmənə təcavüzü fonunda başlayır

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Ərəb Ölkələri Liqasının sammiti Misirin kurort şəhəri olan Şərm əl-Şeyxdə başlayacaq. ƏÖL-in növbəti iclası gərgin vəziyyət fonunda baş tutacaq. Ərəb Ölkələri Liqası sammitindəki mövzu Liviya və Suriya məsələsi ilə yanaşı, əsas diqqət Yəmən problemi olacağı gözlənilir.

Qeyd edək ki, martın 26-da Səudiyyə Ərəbistanı və müttəfiqləri gözlənilmədən Yəmənə təcəvüz edərək paytaxt Səna şəhərini bombalayaraq, onlarla dinc sakinin həlak olmasına səbəb olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.