haberL haberR

Bu gün Həzrəti Fatimeyi Zəhranın (s.ə) mövlududur

Kateqoriya: İslam Yayımlama tarixi: 29.03.2016 23:28:28

Bu günlər İslam dünyası Mәhәmmәd Peyğәmbәrin (s) әziz qızı, Hәzrәti Fatimeyi­ Zәhranın (s.ә) mübarәk mövlud gününü qeyd edir

 Sual oluna bilәr ki, min il әvvәl dünyaya gәlәn vә dünyasını dәyişәn şәxsin mövludunu niyә qeyd etmәliyik?

Әvvәla onu bildirәk ki, Quranda bir çox ayәlәr bizi ibrәt almağa, tәfәkkür etmәyә dәvәt edir. Xanım Fatimә (s.ә) isә İslam Peyğәmbәrinin (s) әziz qızı olmağıyla yanaşı, Allah tәrәfindәn dә tәrif edilәn kәsdir. Mәsәlәn, Kövsәr surәsindә, “Hәqiqәtәn, Biz sәnә Kövsәr bәxş etdik!” ayәsi bir başa Xanım Fatimeyi Zәhra (s.ә) haqqındadır. Xanım Fatimә (s.ә) İslam Peyğәmbәrinә (s) oxşayan, onun әxlaqi xüsusiyyәtlәrini özündә cәm etmiş xanımdır.

İslam Peyğәmbәrinin (s) hәyat yoldaşı Aişәdәn belә bir hәdis nәql olunur: “Hal, hәrәkәt, davranış, oturub­qalxma baxımından Fatimә qәdәr Rәsullallaha daha çox oxşayan bir kәs görmәdim”.

Mәhәmmәd Peyğәmbәr (s) Fatimeyi­ Zәhranın (ә) cәnnәtdәki mәqamını bәyan edir: “Fatimә Cәnnәt xanımlarının xanımıdır”. İslam Peyğәmbәri (s) qızının Fatimә adlandırılmasının sәbәbini belә açıqlayır: “Qızım ona görә Fatimә adlanıb ki, Allah­taala onu vә onu sevәnlәri oddan (Cәhәnnәmdәn) uzaq edib”.

Quranda Әhzab surәsinin 33-­cü ayәsinә әsasәn Fatimeyi­ Zәhra (s.ә) Peyğәmbәr Әhli­beytinin nümayәndәsi kimi günahlardan pakdır. “Ey Әhli­beyt! Allah sizdәn çirkinliyi (günahı) yox etmәk vә sizi tәrtәmiz (pak) etmәk istәr!”.

İslam Peyğәmbәri (s) müsәlmanlara gözәl nümunә olduğu kimi, Fatimeyi ­Zәhrada (s.ә) qadınlara gözәl nümunәdir. Qadınlar özlәrini ona oxşadaraq dünya vә axirәt sәadәti vә xoşbәxtliyi qazanarlar. Mәsumlardan nәql olunan hәdislәrdә deyilir ki, Allah Rәsulunun (s) qızı Fatimә (s.ә) örnәk vә әn gözәl ülgüdür. Bir sözlә, Allah­tәala insanlara “gözәl yaşamağa, günah etmәmәyә” dәvәt etdiyi kimi, dünyada da insanlara örnәk insanlar göndәrir ki, insanlar üçün asan olsun. Yәni verәcәklәri imtahan üçün sanki dәrsliklәrә bәnzәyir.

Odur ki, mәsumların hәyatını öyrәnib, onlar kimi yaşamağa cәhd etmәklә Allahın istәdiyi kimi yaşamış oluruq. Qadın vә kişi bәrabәrliyi... Bәzәn bәzi İslam düşmәnlәri ağızdolusu İslamda qadın haqlarının pozulmasını tәbliğ etmәk istәyirlәr.

Amma, әslindә İslamda qadın vә kişinin yaradılış olaraq bәrabәrliyi açıq­aşkar bәyan edilib: “Ey insanlar! Biz sizi bir kişi vә bir qadından (Adәm vә Hәvvadan) yaratdıq. Sonra bir­birinizi tanıyasınız (kimliyinizi bilәsiniz) deyә, sizi xalqlara vә qәbilәlәrә ayırdıq. Allah yanında әn hörmәtli olanınız Allahdan әn çox qorxanınızdır (pis әmәllәrdәn әn çox çәkinәninizdir). Hәqiqәtәn, Allah (hәr şeyi) bilәndir, (hәr şeydәn) xәbәrdardır”. Quran qadın haqlarına sayğı göstәrmәyә dә göstәriş verir.

Mәsәlәn, Nisa surәsinin 3­cü ayәsinә diqqәt etsәk, yetim qızlarla әdalәtlә rәftar etmәkdәn qorxan kişilәrә başqa qadınlarla evlәnmәk mәslәhәt verilir. Yenә Nisa surәsindә 3­cü ayәsindә kişilәrә evlәnәrkәn qadına vermәli olduqları mehriyyәyә diqqәt çәkilir: “Qadınlarınızın mehrlәrini könül xoşluğuyla verin!”.

Nisa surәsinin 19­cü ayәsi isә açıq­aşkar “İslamda qadına zor tәtbiqi var” cümlәsini söylәyәnlәrin yalanını ifşa edir: “Ey iman gәtirәnlәr! Qadınlara zorla varis çıxmaq sizә halal deyildir! (Qadınlar) açıq­aşkar pis bir iş görmәyincә, özlәrinә verdiyiniz şeylәrin (mehrin) bir hissәsini geri qaytarmaq mәqsәdilә onlara әziyyәt vermәyin. Onlarla gözәl (Allahın buyurduğu kimi) rәftar edin. Әgәr onlara nifrәt etsәniz (dözün). Ola bilsin ki, sizdә nifrәt doğuran hәr hansı bir şeydә Allah (sizdәn ötrü) çoxlu xeyir nәzәrdә tutmuş olsun”.

İslamda yaşayışa görә, qadınlar vә kişilәr arasında fәrq qoyulur. Lakin bu qadının haqlarının pozulması deyil. İslamda qanunlar insanların yaradılış vә fitrәtinә uyğun olaraq Allah tәrәfindәn bizә çatdırılır. Nisa surәsinin 23­cü ayәsinә diqqәt edin: “Sizә analarınız, qızlarınız, bacılarınız, bibilәriniz, xalalarınız, qardaş vә bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları vә yaxınlıq etdiyiniz qadınlarınızın himayәnizdә olan qızları (ögey qızlarınız) ilә evlәnmәk haram edildi”.

Redaksiyamız adından bütün müsәlmanları, xüsusәndә xanımları bu bayram münasibәti ilә tәbrik edirik!

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.