haberL haberR

Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür

Kateqoriya: İslam Yayımlama tarixi: 23.04.2016 12:53:24

Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
İslamazeri.az-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atasının zinəti" deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın bunun ilahi bir əmr olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.