haberL haberR
Bu gün həyatı boyu şücaət və azadlığı sevməsi, zülm və haqsızlığa qarşı mübarizədə məktəb yaratmış İmam Əlinin (ə) və Peyğəmbər (s) qızı xanım Zəhranın (ə) ikinci övladı İmam Hüseynin (ə) mövludu günüdür

O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlib. Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirib. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli (ə) ilə birgə yaşamış və  Həzrəti Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak edib. Əlinin (ə) şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) ilə çiyin-çiyinə çalışıb. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseynin (ə) boynuna düşüb. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab edib və nəhayət hicrətin altmış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub.

İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır.

İmam Hüseyn (ə) inqilabının cəmiyyətdə igidlik və hünər ruhiyyəsini oyatmasının təsir dərəcəsinin aydın olması üçün nəzərə almaq lazımdır ki, İslam cəmiyyəti Aşura hadisəsi baş verənə qədər ("Hicr hərəkəti” kimi səthi etirazlar istisna olmaq şərti ilə) iyirmi il sükut içərisində yaşamış və nisbətən çox olan bu müddətdə inqilab üçün şəraitin hazırlanmasına baxmayaraq, kiçik də olsa, belə bir ictimai etiraz baş verməmişdi. Kərbəla inqilabı cəmiyyətin dini vicdanını oyatdı və elə bir ruhiyyə dəyişikliyi əmələ gətirdi ki, onun şüası hər tərəfi bürüdü. Bu da camaata öz din, şəxsiyyət və şərafət hörmətini qorumaq, camaat arasında itib batmış mübarizə ruhiyyəsini oyatmaq və ölmüş qəlblərə yeni nəfəs verib onları həyata qaytarmaq üçün kifayət edirdi. İmam Hüseyn əleyhissəlamın böyük və hünər yaradan inqilabı İslam cəmiyyətində baş vermiş çoxsaylı qiyam və hərəkatların başlanğıcı oldu.

İmamın mövludu münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.