haberL haberR

Bu gün imam Rzanın (ə) şəhadətinin ildönümüdür

Kateqoriya: İslam Yayımlama tarixi: 12.12.2015 12:59:06

İmam Rza (ə)-ın yüksək ruhani və elmi dərəcəsi və ümumi fikir qarşısındakı geniş nüfuzu tədricən Məmunu qorxuya saldı və İmam Rza (ə)-ı zəhərlə şəhid etdi

Bu gün, 1394-cü günəş ili azər ayının 21-i, 1437-ci hicri qəməri ili səfər ayının 30-u və 2015-ci milad ili dekabrın 12-si, dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

1233 il bundan öncə belə bir gündə 203-cü hicri qəməri ili səfər ayının sonuncu günündə əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in nəslindən olan Rza ləqəbli Əli ibn Musa(ə) şəhid edildi.

Bu böyük imam 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya gəldi. O, atası İmam Musa Kazim(ə)-ın şəhadətindən sonra imamlığa çatdı və müsəlmanların istiqamətləndirilməsi bayrağını əlinə aldı.

O həzrət Allah-Taala tərəfindən ona çatan hər bir şeyə razı idi və bu səbəbdən, Rza ləqəbli oldu.

Məmun 200-cü hicri qəməri ilində İmam Rza(ə)-dan onun Mərvdəki xilafət iqamətgahına gəlməsini istədi.

Hərçənd Məmun zahirdə İmam Rza(ə)-ı öz vəliəhdi etdi, amma o, bu yolla öz hökumətinin dayaqlarını möhkəmlətməyə çalışırdı və bu üzdən, imam məcburiyyət qarşısında bu vəzifəni qəbul etdi.

İmam Rza(ə)-ın yüksək ruhani və elmi dərəcəsi və ümumi fikir qarşısındakı geniş nüfuzu tədricən Məmunu qorxuya saldı və İmam Rza(ə)-ı zəhərlə şəhid etdi.

İran İslam Respublikasının Teleradio Təşkilatı dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.