haberL haberR

Bu gün İsa peyğəmbərin(ə) doğum günüdür

Kateqoriya: İslam Yayımlama tarixi: 25.12.2014 12:24:28

Katolik xristianları bu gun İsa Məsihin(ə) mövludunu qeyd edir

İslamazeri.az xəbər verir ki, Həzrəti İsanın (ə) doğulduğu gün məlum olsa da, o Həzrətin doğulduğu il barədə yekdil rəy mövcud deyil. Belə ki, Onun doğulmasının Milad tarixinin başlamasından beş və ya altı il əvvələ təsadüf etdiyi bildirilir.

İsa peyğəmbərin (ə) dünyaya gəldiyi an və o zaman baş verən hadisələr Qurani-Kərimdə daha təfərrüatlı və maraqlı şəkildə nəql olunub. Belə ki, Müqəddəs kitabdakı "Məryəm" surəsində İsa peyğəmbərin (ə) doğum anları əks etdirilir.

Qeyd edək ki, İsa peyğəmbərin (ə) doğulduğu məkan hazırda Fələstində yerləşən Beyt-Ləhm şəhəridir. İki eradır, dünya xristianlarının müqəddəs məkanı hesab olunan bu şəhərdə hər il İsa peyğəmbərin (ə) doğum günü qeyd edilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.