haberL haberR

Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür Foto

Kateqoriya: İslam Yayımlama tarixi: 26.04.2016 12:42:04

Rəcəbin 18-i əziz islam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür

İslamazeri.az: Rəcəbin 18-i əziz islam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür. Onun anası Misir hakiminin İslam Peyğəmbərinə (s) hədiyyəsi olan Mariyə Qibtiyyə (s.ə) adlı xanım olub.

İbrahim 18 aylığında xəstələnərək, həyatını itirib. Onun ölümünə narahat olan Allah Rəsulu (s) belə buyurub: “Ey İbrahim! Əlimizdən sənin üçün bir şey gəlmir. İlahi təqdir dəyişən deyildir. Atanın gözü ölümünə görə yaşlı və qəlbi hüzünlüdür. Lakin buna baxmayaraq Allahın qəzəbinə səbəb olacaq heç bir söz işlətməyəcəkdir. Bir gün sənin yanına gələcəyimi bilməsəydim, səndən ayrı olmağıma bundan daha artıq ağlayar və narahat olardım.”

Tarixi mötəbər mənbələrə görə, İbrahimə (ə) İmam Əli (ə) qüsl verib və kəfənləyib. O Bəqi qəbristanlığında dəfn olunub.

Mədinəyə ziyarətə gedən zəvvarların bəzisi onun mübarək qəbrini ziyarət edir, dua və Quran oxuyurlar.

Foto "Farsnews"

Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

/haberimaj/habergaleri/6C3O5X6A4K2O.JPG
  1. Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

  2. Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

  3. Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

  4. Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

  5. Bu gün İslam Peyğəmbərinin (s) oğlu İbrahimin vəfat günüdür - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.