haberL haberR

Bu gün Milli Qəhrəman, şəhid Rafiq Alıcanovun doğum günüdür

Kateqoriya: Hərbi Yayımlama tarixi: 11.07.2016 12:11:32

11 iyul Milli Qəhrəman Rafiq Alıcanovun doğum günüdür

 Rafiq Cəfər oğlu Alıcanov 1965-ci il iyulun 11-də Qazax rayonu Kəmərli kəndində anadan olub. Gənc zabit 1992-ci ildə Azərbaycan Ordusunda hərbi xidmətə başlayıb, onun döyüş yolu Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan və Naxçıvandan keçib, az vaxt ərzində kapitan rütbəsinə çatıb, Füzuli rayonunun bir neçə kəndinin müdafiəsində xüsusi rəşadət göstərib və 1993-cü il noyabrın 5-də Qurdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ağstafa rayonunun Köçvəlli kəndində dəfn olunub. Bakıda küçələrin biri onun adını daşıyır, Köçvəlli orta məktəbinə onun adı verilib, həmin məktəbdə və Ağstafa şəhərində büstü qoyulub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.