haberL haberR

Bu gün "Qarabağ" Çempionlar Liqasının növbəti mərhələsində oyununa çıxacaq

Kateqoriya: İdman Yayımlama tarixi: 26.07.2016 10:01:56

Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin "Dusan Arena" stadionunda keçiriləcək.

Bu gün Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
"Report" xəbər verir ki, komandanın rəqibi Çexiyanın "Viktoriya" klubu olacaq.
Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin "Dusan Arena" stadionunda keçiriləcək.
Görüşün hakimi makedoniyalı Aleksandar Stavrevdir.
"Qarabağ" və "Viktoriya" arasında statistikaya gəldikdə isə, bu iki komanda rəsmi oyunlarda indiyə qədər üz-üzə gəlməyib. Lakin Azərbaycanın futbol azarkeşləri iki oyunun nəticəsinə görə "Qarabağ"ın mərhələ adlayacağına böyük ümidlər bəsləyirlər.
"Qarabağ" "Viktoriya" ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.