haberL haberR

Bu gün Türkiyə parlamentinin fövqəladə iclası keçiriləcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.07.2016 13:40:29

Çevriliş iştirakçıları tərəfindən hava-zərbələrinə məruz qalmış parlament binası ciddi şəkildə zədələnib. Bir neçə mərtəbədə mərtəbələr arası örtmələr dağılıb, şüşələr sınıb, divarlar qismən çöküb.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə parlamentinin spikeri İsmayıl Qəhrəman jurnalistlərə bildirib ki, Türkiyə parlamentinin hərbi çevrilişə cəhdlə bağlı növbədənkənar iclası bu gün saat 15:00-da (Moskva vaxtı ilə) baş tutacaq.

“Biz saat 15:00-da növbədən-kənar iclasda toplaşacayıq. Baş vermiş barədəki deputatların deklarasiya layihəsi artıq hazırlanıb”, – Qəhrəman Ankarada jurnalistlərə bildirib.

Çevriliş iştirakçıları tərəfindən hava-zərbələrinə məruz qalmış parlament binası ciddi şəkildə zədələnib. Bir neçə mərtəbədə mərtəbələr arası örtmələr dağılıb, şüşələr sınıb, divarlar qismən çöküb. NTV telekanalının canlı efirində göstərilən kadrlar bunu əyani olaraq sübut edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.