haberL haberR

Bu il qidadan zəhərlənənlərin sayı açıqlanıb

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 11.07.2016 16:17:19

Bu ilin 6 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, yanvar-iyun aylarında qeydə alınan qida zəhərlənmələri nəticəsində 354 nəfər zərər çəkib.

6 ay ərzində ölkədə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində isə 27 nəfər zəhərlənib. Bu il 1 nəfər qida zəhərlənməsi nəticəsində dünyasını dəyişib.

İ. Abdullayev qeyd edib ki, cari ilin iyun ayında isə 65 qida zəhərlənməsi hadisəsi nəticəsində 79 nəfər zəhərlənib. Onun sözlərinə görə, 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda zəhərlənmə qeydə alınıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.