haberL haberR

Bu məktəblərdə hicab qadağandır (Siyahı)

Kateqoriya: İslam Yayımlama tarixi: 21.09.2015 18:08:07 3925 dəfə oxunub.

Hicablı şagirdləri dərsə buraxmayan məktəblərin siyahısı açıqlanıb

Azərbaycanın orta ümumtəhsil məktəblərində hicab problemi davam edir.

İslamazreri.az-ın azadxeber.az-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin, Təhsil Nazirinin dəfələrlə ölkədə hicab qadağası yoxdur deməsinə baxmayaraq bəzi məktəb direktorları səlahiyyətlərini aşaraq şagirdləri dərsə buraxmırlar. Bu barədə redaksiyamıza “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin üzvü Nahid Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, hər gün hicablı şagirdlərin dərsə buraxılmaması barədə valideynlərdən yaradılan qaynar xəttə şikayət daxil olur.

Görünən budur ki, təhsil müəssisələrinin rəhbərləri dövlətin qanunlarını saymır, ölkə başçısının tapşırıqlarına əməl etmirlər. Əks halda hicablı tələbə və şagirdlər də digərləri kimi rahat təhsil ala bilərdilər.

Hicablı şagirdləri dərsə buraxmayan məktəblərin siyahısını təqdim edirik:

1: Abşeron R. 2 saylı məktəb

2: Mehdiabad 3 saylı

3: Saray 3 saylı

4: Bakı 269 saylı

5:Digah kənd orta məktəbi

6: Gəncə 28 saylı

7: Bakı 49 saylı

8: Bilgəh kənd məktəbi

9: Bakı 72 saylı

10: Bakı 6 saylı

11: Füzuli orta məktəbi (Horadiz)

12: Gəncə 29 saylı

14: Bakı 269 saylı

15: Bakıxanov qəsəbəsi 96 saylı

16: Gəncə 28 saylı

17: Bayıl qəsəbəsi 49 saylı məktəb-lisey

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.