haberL haberR

Bu nazirlikdə də “təmizlik” aparıldı: 393 nəfər işdən kənarlaşdırıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 20.07.2016 14:09:49

Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi 393 nəfəri işdən kənarlaşdırıb

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə görə,  ölkədə hərbi çevrilişin təkşkilatçılığında ittiham olunan müxalif Fəthullah Gülən ilə əlaqədə şübhəli bilinən işçilər işdən çıxarılıb.

Türkiyədə ordu, polis, məhkəmə sistemi və dövlət qulluqçuları arasındaki kütləvi “təmizləmələr”, hərbi çevrilişə cəhdin uğursuzluqla nəticələnməsindən sonra başlayıb.

Nazirlik 393 əməkdaşın işdən kənarlaşdırılması barədə qərar qəbul edib. Onların terror təşkilatı ilə əlaqələrinin araşdırılmasına başlanılıb.

Xatırladaq ki, Türkiyədə iyul ayının 16-sı, gecə saatlarında bir qrup üsyançı tərəfindən hərbi çevrilişə cəhd baş tutub. Əsas toqquşmalar Ankara və İstanbulda baş tutub. Ölkə rəhbərliyi üsyanın yatırıldığını elan edib. Son məlumata əsasən, hadisələrdə 190 Türkiyə vətəndaşı dünyasını dəyişib, 100-dən çox üsyançı isə öldürülüb, təxminən 1,5 min nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.