haberL haberR
Bakıda mobil telefon oğrusu tutuldu, yol qəzasında da oğurluq oldu, Bakı aeroportundan avtomobil oğurlandı

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Rəşid Dərgahovun mobil telefonunu oğurlamış Astara rayon sakini İbrahim Əlizadə tutulub.

Digər oğurluq hadisəsi Gəncədə qeydə alınıb. Qeyri-adi oğurluğa əl atan oğru rəhm etmədən oğurluq edib. Belə ki,   mayın 3-də saat 06.00 radələrində Gəncə şəhərində şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.

Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib.

Digər oğruluq gadisəsi Bakı aeroportunda baş verib. mayın 3-də saat 06.00 radələrində H.Əliyev Beynəlxalq Hava Limanının ərazisindən Bakı şəhər sakini Tamilla Alverdiyevaya məxsus “Lexus” markalı avtomobili tanışı, Bakı şəhər sakini Turan Məmmədli tərəfindən qaçırılıb.

Avtomobil DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonunun ərazisində hərəkətdə olarkən aşkar edilmiş və Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobildə olan 2 nəfərdən 1-i qaçmış, Bakı şəhər sakini Habil Quliyev isə tutulub.

H.Quliyev izahatında avtomobildə olan digər şəxsin bacısı oğlu Turan Məmmədli olmasını bildirib.

Hər 3 faktla müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.