haberL haberR

Bu oyuna görə, polis bölməsinə aparıldı

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.07.2016 13:33:56

O, oraya məşhur "Pokemon go" oyununu oynayaraq daxil olub.

İslamazeri.az-ın Associated Press agentliyinə istinadən verdiyi xəbərə əsasən, İndoneziya polisi Çirebon şəhərində yerləşən hərbi kompleksə qeyri-qanuni daxil olmuş fransızı bir neçə saatlığına saxlayıb. O, oraya məşhur "Pokemon go" oyununu oynayaraq daxil olub.

Qərbi Yava əyalətinin polis təmsilçisi Yusri Yunis bildirib ki, 27 yaşlı Romen Pyer hərbi kompleks mühafizəçiləri onu sorğu-sual etmək istəyən zaman, o, onlardan qaçıb. Polis fransızı saxlayıb, lakin artıq bir neçə saat sonra sərbəst buraxıb, belə ki, o, qaçış zamanı pokemon ovlayarkən, kompleksə qəsdən girməyib. Polisin məlumatına əsasən, fransız Cakartada yaşayır, Çirebona isə müvəqqəti gəlib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.