haberL haberR

Bu qızın 8 yaşı var, Quranı əzbər bilir - Video

Kateqoriya: İslam Yayımlama tarixi: 27.04.2016 19:24:46

8 yaşlı qız 2 il ərzində Quranı tam əzbərləyib

İslamazeri.az-ın "İslam.ru"-ya istinadən verdiyi xəbərə görə, İngiltərədə yaşayan 8 yaşlı Maariya Əsləm müqəddəs Quranı tam şəkildə əzbər bilir.

Maariya Əsləm Qurani Kərimi 2 il ərzində tam əzbərləyib. Hazırda 8 yaşlı Mariyanın “facebook” səhifəsini 6000 nəfər izləyir və onu həmişə xeyriyyə tədbirlərinin açılışına dəvət edirlər. Maariya Əsləm anası ilə birlikdə aktiv şəkildə suriyalı qaçqınlara yardım edir. O öz istedadının köməyi ilə qaçqın uşaqlar üçün minlərlə funt pul yığa bilib.

Xatırladaq ki, Quran 77,449 sözdən və 333,015 hərfdən ibarətdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.