haberL haberR

Bu tarixdə avtobuslarda nəğd ödəniş ləğv olunacaq

Kateqoriya: Ölkə Yayımlama tarixi: 02.03.2015 11:58:47

“Hesab edirəm ki, mart ayının sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq. İnanıram ki, ayın sonuna qədər çatdıra biləcəyik”

Bu barədəv Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov ictimai nəqliyyatda nəğd ödəniş sisteminin nə vaxt ləğv ediləcəyinə aydınlıq gətirərkən deyib.

Dayanacaqlarda “Wi-Fi” sisteminin quraşdırılmasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bunun üçün hələ tezdir: “Proses hələ ki, tezdir. Çox güman ki, dayanacaqlarda “Wi-Fi” quraşdırılması aprel-may aylarında reallaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq.  Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi istisna edilmir".

N.Həsənovun sözlərinə görə “Bakı 2015 Avropa” oyunları üçün nəzərdə tutumuş yeni avtobusların gətirilməsi məsələsində hər hansı problem olmayacaq: “Manatın deavalvasiyası bu məsələlərdə hər hansı çətinlik yaratmır. Avtobuslar gətirilib və gətirilməkdə də davam edəcək. Hansı istiqamətlərdə zərurət olduğunu aydınlaşdırırıq. Belə istiqamətlər müəyyənləşdikcə və zərurət yarandıqca yeni avtobusların alınması davam etdirilir”.

Bakı üçün ilkin mərhələdə Fransa istehsalı olan 302 ədəd avtobus alınıb. Bunlar “Mercedes” markalı mikroavtobuslar və İVECO markalı iritutumlu avtobuslardır.  Yeni avtobuslar Avropa Oyunlarına gələcək yüksək səviyyəli qonaqların daşınması üçündür.(modern.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.