haberL haberR

"Bu üçlük həqiqi İslamın inkişafının qarşısını almaq istəyir" - İmam Cümə

Kateqoriya: Region Yayımlama tarixi: 17.06.2016 23:38:35

Tehranın bu həftəki cümə xətibi Ayətullah İmam Kaşani olub

İslamazeri.az “Mehr”-ə istinadən xəbər verir ki, həqiqi islamın inkişafından söz açan imam cümə deyib: “Həqiqi islam Yəmən, Suriya və digər ölkələrdə irəliyə getməkdədir. Təkfirçilər və İŞİD həqiqi isam deyildir. Səudiyyənin pulu, Sionist rejiminin siyasəti və ABŞ-ın qüdrəti nəhs üçlük hesab olunur. Bu üçlük həqiqi islamın inkişafının qarşısını almaq niyyətindədirlər. Açıq-aşkar deyirəm ki, islamı ölkə daxilində və xaricində lazımı şəkildə bəyan edən ali məqamlı rəhbərimizdir. O elə bir yüksəklikdədir ki, bütün dünyanı görərək fikir bildirir. Gənclərə  tövsiyəm budur ki, rəhbərimizin qədrini bilsinlər və sözlərinin yerdə qalmasına icazə verməsinlər. İnqilab barədə onun sözlərindən başqa bütün sözlər yalnışdır. İnqilabın davamlı olmasının sirri onun sözlərindədir.”

Düşmənin müqabilində vəhdətin vacib olduğunu deyən Ayətullah Kaşani  “Peyğəmbərin (s) əlindən tutmalı və düşmənin Quran və Peyğəmbəri (s) yerə vurmasına icazə verməməliyik. İslam aləmi bu barədə məsuliyyət daşıyır.”, - deyə əlavə edib.

Bəhreyndə şiələrə qarşı sərgilənən qərəzli mövqeyə də toxunan imam cümə bildirib: “Bəhreyn hakimiyyəti şiələrin məscidini bağlayır və viran edir, alimlərini isə işkəncəyə məruz qoyur. İslam dünyası Bəhreyn şiələri ilə həmdərd olduqlarını göstərməlidirlər. Pakistanda da şiələri döyərək, öldürürlər. Şİə, sünni, hətta xristian alimləri bu hadisələrə etiraz edirlər. Mən Pakistan hakimiyyətindən şiələrin haqlarına riayət etmələrini istəyirəm.”

 
 
 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.