haberL haberR
“Azəravtoyol” ASC tərəfindən Qazax-Kosalar avtomobil yolu yenidən qurulur .

“İslamazeri.az” qurumun saytına istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yol boyu yeni yol yatağı və yol əsası tikilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə 0,5 metr bərkidi zolaq və 1,5 metr çiyinlər olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Bundan başqa, suların ötürülməsini təmin etmək üçün yol boyu 12 yerdə 300 və 500 mm diametrli suötürücü boruların tikintisi aparılıb. Yolun 3-cü kilometrliyində su kanalı üzərində yerləşən körpünün də təmir edilməsi nəzərdə tutulub. Körpünün uzunluğu 10 metr, eni isə 6 metrdir.

Bütün bu işlər yekunlaşdıqdan sonra yolun asfaltlanması istiqamətində işlərə başlanılacaq. Ümumilikdə yolun 48 min m2 sahəsinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bu yol yenidən qurulur - Fotolar

/haberimaj/habergaleri/5A2L4V5X4I1L.JPG
  1. Bu yol yenidən qurulur - Fotolar

  2. Bu yol yenidən qurulur - Fotolar

  3. Bu yol yenidən qurulur - Fotolar

  4. Bu yol yenidən qurulur - Fotolar

  5. Bu yol yenidən qurulur - Fotolar

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.