haberL haberR

Bundan sonra zəlzələni öncədən bilmək olacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.10.2014 10:45:11

"Rusiya kosmik sistemlər" şirkəti zəlzələ haqqında əvvəlcədən xəbər verən kosmik aparatlar hazırlayıb.

İslamazeri.az-ın anspress.com-a istinadən verdiyi məlumata  görə, bu aparatlar atmosferin vəziyyəti haqqında məlumatlar və ən müxtəlif sahələri aqronomiyadan seysmologiyaya qədər tədqiq etməyə kömək edəcək.

Yeni kosmik aparatlar alimlərə həmçinin buzlu örtüyü müşahidə etməyə və məhsuldar torpaqları tapmağa kömək edəcək.

Noyabrın 10-dan 14-dək Rusiyada kosmosdan Yer kürəsinin distansion zondla tədqiq etməsinin müasir problemləri mövzusunda illik konfrans keçəcək. Ekspertlər Yer kürəsinin səthinin peyk monitorinqinin aktual nəticələrini müzakirə edəcəklər.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.