haberL haberR

"Bunu unutmaq mümkün deyil" - Ronaldo

Kateqoriya: İdman Yayımlama tarixi: 11.07.2016 10:40:32

"Çoxu bizə inanmırdı"

"Çox xoşbəxtəm. 2004-cü ildən Avropa çempionu olmaq haqda düşünürdüm. Çoxu bizə inanmırdı. Ancaq uzun illərdə ərzində etdiyimiz fədakarlıqların ardından çempion olduq. Buna layiqik".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın finalında Fransaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, futbolçu karyerasının ən xoşbəxt anını yaşadığını vurğulayıb:

"Həmişə milli ilə kubok qazanaraq tarixə düşmək istəmişəm. Təəssüf ki, bu oyunda sona kimi iştirak edə bilmədim. Ancaq komanda yoldaşlarıma inanırdım. Onlara, məşqçilərimizə təşəkkür edirəm. Bu, unikal hadisədir, bunu unutmaq mümkün deyil".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.