haberL haberR

 

2 ay olar ki, kitabdan tam olaraq aralanmışdım. Hər kitab götürüb oxumaq istədiyimdə, səbrim çatmayıb kitabı kənara atırdım. Bir gün gözləmədiyim bir şey baş verdi. Dostlarla oturmuşduq və dostumun biri dedi ki, ofisə getməliyəm, birgə gedərik. Çay içib, yola düşdük. Səbirsizliklə hara gedəcəyimizi düşünüb daha tez çatmağımızı arzu edirdim. Nəhayət döngəli yolları keçib ofisə çatdıq. İçəri girərkən, içimdə bir işığın parladığını hiss etdim. Gəldiyimiz ofis "Parlaq İmzalar" nəşriyyat evi idi. İlk qarşımda Nurman Tariqi gördüm və çox sevindim. Çox zaman olmuşdu ki, Nurman qardaşı görmürdüm. Çay içərək xoş söhbət etdiyimiz zaman gözüm "Ayrılıq" kitabına sataşdı və aldım. Bu arada söhbət kitablardan başladı. Və yeni bir kitabın çıxdığını deyib, "Buqələmun" kitabını mənə verdi. Ən çox kitabın üz dizaynı diqqətəmi çəkdi və o kitabı da aldım. Artıq axşam olmuşdu, biz sağollaşıb evə yollandıq. Səhər açıldı və tam başqa əhval ruhiyyə ilə işə yola düşdüm, "Buqələmun"-u da götürməyi unutmadım. Adətən kitabı yolda və metroda oxuyuram. “Koroğlu” metrosuna daxil olub, kitabı açıb oxumağa başladım. Həqiqətən yeni bir həyata başladım. "Hər gün daha çox oxuyum" həvəsi ilə günlərin necə keçdiyini hiss etmədim. Bir gün kitaba elə dalmışdım ki, mən də onların maşını ilə birlikdə rayona yola düşmüşdüm. Yolda olanları həqiqətən yaşadığımı sanırdım. Başımı qaldırıb “Sahil”-də olduğumu görəndə eləbil yuxudan ayıldım. Ama onların da yuxudan ayılmasını istəyirdim. Beləcə günlər keçdi. Kitabı bitirmək üzrəyəm. Sonda olanlar, düzü məni üzsə də, həyatda gözüaçıq və daha diqqətli olmağı öyrəndim.

Kitabı oxumayan hər bir insana bu kitabı alıb oxumaqlarını tövsiyyə edirəm. Kitabın, oxuyub dərs almağımız üçün olduğunu unutmayın!

 

Tural Huseyn

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.