haberL haberR

Buqələmunun ağız suyu onun ölümcül silahıdır - Video

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 22.06.2016 17:29:15

Alimlərin araşdırmasına əsasən buqələmunun ağız suyu ölümcül silahdır

İslamazeri.az-ın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, Fransa və Belçika alimləri buqələmunların uzun dilinə yapışan şikarı nə cür saxlaya bildiklərini müəyyən ediblər. Buqələmunların ov taktikasının əsasən sirri onların tüpürcəklərinin qatılığı olub. Kəşf haqda Nature Physics jurnalında bildirilib.

Buqələmunun dili çox vaxt onun özünün bədənindən iki dəfə uzun olur, və yaydan atılmış ox prinsipi əsasında işləyir. Buqələmunlar saniyədə 6 metr sürətlə atılan bilən dilə sahibdirlər. Ov edərkən dil şikara ilişərək onu heyvanın ağzına dartır.

“İşə salma” mexanizmi alimlərə aydın idi, lakin buqələmunların bu cür sürətlə nə cür şikarı tuta bildikləri isə qaranlıq olaraq qalırdı. Eksperiment zamanı araşdırmaçılar müəyyən ediblər ki, bunda həll edici rolu tüpürcəyin fiziki xüsusiyyətləri oynayır: onun tüpürcəyi insan tüpürcəyindən 400 dəfə çox qatıdı.

Alimlər buqələmunların tüpürcəyinin yapışqanlığını, onun qarşısına üzəri şüşə qabla örtülmüş həşərat qoyaraq ölçüblər. Xameleyon dilini önə ataraq dili ilə şüşə qaba dəyib orada öz tüpürcəyini saxlayırdı. Daha sonra alimlər tüpürcəyin üzərində xırda muncuqları yuvarladaraq, onun sürətini digər yapışqanlığı məlum olan mayelərlə müqayisə ediblər.

Məqalə müəllifləri qeyd edirlər ki, tüpürcəyin qatılığı dilin yapışma gücünü izah etmək üçün bəsdir – buqələmunların heç bir xüsusi əmici orqanı və ya başqa bir şeyi yoxdur.  Bundan əlavə buqələmunların dilinin ucu enlənib ki, bu da səthin “ilişdirici” sahəsinivə “tutma” gücü çoxaldır.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.