haberL haberR

İnsanların vilayəti İmam Zamanın boynundadır - Mərcəi təqlid müctehidi

Kateqoriya: İslam Yayımlama tarixi: 27.01.2016 9:53:56

Təqlid mərcələrindən olan Ayətullah Ələvi Qorqani İranın Qum şəhərində təhsil alan xarici tələbələri qəbul edib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Imam Zamanın (ə) vilayəti barədə söz açan Ayətullah Qorqani deyib: “Mütəal Allah 124 min peyğəmbəri bəşərin hidayəti üçün göndərdi. Onlar bəndəçilik vəzifəsini insanlara çatdırmalı idilər. Peyğəmbərlərin və imamların sözlərinə tabe olmalıyıq ki, Allahın bizdən istədiklərini bilək. Sonuncu Peyğəmbərlə birgə böyük kitab da nazil etdi və bununla da, səadətə çatmağın vilayət yoluna tabe olmaq olduğunu bizə çatdırdı. Allah Peyğəmbəri (s) insanların vəlisi və canişini olaraq təyin etdi və imam Əlinin (ə) də vilayət məqamında olduğunu insanlara çatdırmasını istədi".

Daha sonra o "İlahi vilayəti izləməklə fəqihin vilayətinə çatırıq hansı ki, Allahın, Peyğəmbərin (s) və imam Əlinin (ə) vilayətidir. Hazırda bütün insanların vilayəti İmam Zamanın boynundadır və onun qeybət dövründə hidayət missiasını rəhbər həyata keçirir.”deyə danışıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.