Cəlilabadda ana öldü, uşaq və ata isə xəstəxanaya yerləşdirildi

İslamazeri.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Böyük Bəcrəvan kənd sakini İsrail Sayadulla oğlu Hüseynova məxsus fərdi yaşayış evində də baş verib. Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq evdəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də, iki aylıq körpə, ər və arvadın olduğu otaqda qatı tüstü yaranıb. Ailənin digər üzvləri isə hadisə barədə yalnız səhər açılanda sonra xəbər tutublar. Ev sahibinin 22 yaşlı həyat yoldaşı Gülarə Hüsynova tüstü və dəm qazından boğularaq ölüb. İsrail Hüseynov və iki aylıq körpəsi Hüseyn Hüseynov isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin göstərdikləri müvafiq yardımlardan sonra İ. Hüseynovun vəziyyətinin orta-ağır, iki yaşlı körpənin isə vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.