haberL haberR

Cənub bölgəsini mal-heyvan xəstəliyi bürüyüb

Kateqoriya: Hadisə Yayımlama tarixi: 30.10.2014 11:08:43

Azərbaycanın bir çox rayonlarında yayılan “Modulyar dermatit” virusu cənub bölgəsində tüğyan edir.

İslamazeri.az-ın anspress.com-a istinadən  verdiyi məlumata görə, Cəlilabaddan sonra virus Masallı və Lənkəran rayonlarını da bürüyüb. Lənkəran kəndlərində bu virusa 120 baş iribuynuzlu mal-qara yoluxub. 

Lənkəran rayon zona baytarlıq İdarəsinin icraçı direktoru İftixar Teymurov bildirib ki, xəstəlikdən tələf olan heyvan qeydə alınmayıb. Onun sözlərinə görə, müalicə davam etdirilir.

Qeyd edək ki, Lənkəranın Cır kəndində 2 baş heyvan qızdırma xəstəliyindən tələf olub.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.