CAR prezidenti 180 nəfərlik heyətlə Tehrana səfər edib

Onu iş adamları və sənaye sahiblərindən 180 nəfər müşayiət edir.
İslamazeri.az "Səhər TV"yə istinadən xəbər verir.
Xəbərə görə, İran prezidenti Həsən Ruhani Tehranın Sədabad sarayında afrikalı həmkarını rəsmən qarşılayıb.
İki ölkə əlaqələrində yeni səhifənin açılması istiqamətində əməkdaşlıq və anlaşmaların araşdırılması prezidentlərin müştərək iclasında baş tutub.
Bu görüşdə 8 əməkdaşlıq sənədi imzalanıb. Bu sənədlər, kənd təsərrüfatı, müştərək investisiya üzrə işçi qrupunun təşkili, sənaye, mədən, mədəniyyət, incəsənət sahələri, su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlıq, eləcə də çirkli pulların yuyulması və terrorizmlə mübarizə sahəsində informasiya mübadiləsinə şamil olur.
Görüş zamanı hər iki prezident çıxış edib.
"İran və Cənubi Afrika Respublikası arasında bank əlaqələrinin genişlənməsi iki ölkə əlaqələrinin irəliləməsinə şərait yarada bilər.", - İran prezidenti qeyd edib.
O həmçinin iki ölkənin mədən sənayesi, enerji və texniki və mühəndislik fəaliyyətləri sahəsində İranın Cənubi Afrika Respublikasında fəaliyyət göstərə biləcəyini deyib.
Yakub Zuma isə bildirib: "Məni böyük iqtisadi heyət müşayiət edir və müsbət və konstruktiv müzakirələrimiz oldu. Arxayınam ki, bu gün iki ölkə əlaqələrinin genişlənməsi üçün möhkəm əsasları qoyduq."
Cənubi Afrika Respublikası İrandan neft idxalını yenidən bərpa etmək istəyir. İran əvvəllər Cənubi Afrika Respublikasının 40 faiz neftini təmin edirdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.