"Cavid Hüseynovun günahı yoxdursa, niyə xəstəxanaya gedib?"

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçən prosesdə futbolçunun anası Xalidə Hacıyeva və mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyevə şahid qismində ifadə veriblər.
Xalidə Hacıyeva baş verən hadisədə oğlunun günahkar olmadığını deyib. Onun sözlərinə görə, Cavid Hüseynov hadisədən sonradan xəbər tutub. Teyfurə Əliyeva isə deyib ki, Rasim Əliyevi aldadıb çay içmək adı ilə evdən aparıblar. Anasının sözlərinə görə, Rasim Əliyev görüşə getməzdən əvvəl Cavid Hüseynovla Elşən İsmayılov ona bir neçə dəfə zəng ediblər: "Cavidin bu işdə günahı yoxdursa, niyə xəstəxanaya - Rasimin yanına gedib?!"
Prosesdə Cavid Hüseynovun əmisi oğlu Nihad Abbaslı və polis əməkdaş Ədalət Məmmədov da ifadə verib. Ədalət Məmmədov ifadəsində bildirib ki, onlar Cavid Hüseynovu Şamaxıdan Bakıya gətiriblər. Nihad Abbaslı isə Cavidlə hadisənin ertəsi günü Whatsapp-da yazışdığını deyib və Cavid ona Elşənə polisə təslim olmalı olduğunu dediyini yazıb.
Proses aprelin 13-də davam etdiriləcək.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.