haberL haberR

Cavid Hüseynovun vəkilləri vaxt istədi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.08.2016 17:17:36

Hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində olan hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, vəkillər çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 2-ə təyin olunub.

C.Hüseynov jurnalist Rasim Əliyevin ölümündə günahkar bilinərək Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

May ayının 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə C.Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.