Çavuşoğlu: Ordudakı təmizlikdən sonra Türkiyə İŞİD-ə qarşı daha effektiv mübarizə aparacaq
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ generallarından birinin açqılamasıan cavab verdi

İslamazeri.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkənin ordusu, “öz cərgələrindəki təmizlik işlərindən sonra”, İŞİD terror qruplaşması ilə daha effektiv mübarizə aparacaq.
Məlumata görə, Çavuşoğlu bildirib ki, Türkiyə ordusundan 149 general və admiral, və 1099 polkovnik də daxil olmaqla, 1684 zabit qovulub.
“Əgər onlar (amerikalılar), “ordudakı təmizliklə bağlı olaraq İŞİD-ə qarşı mübarizənin zəifləyəcəkmi?” sualını verirlərsə, biz deyirik ki, əksinə, ordu təmizlənib... Ordu döyüşdə daha etibarlı və effektiv mübarizə aparacaq.”, – ABŞ milli kəşfiyyatının direktorunun, kütləvi istefaların Türkiyənin İŞİD-lə mübarizəsinə mənfi təsir göstərdiyi haqda verdiyi bəyanatını Çavuşoğlu şərh edərkən bildirib.
Türkiyə XİN başçısı əlavə edib ki, əgər ölkədə əvvəlcədən polis sıralarında “təmizliklər” olmasa idi, o zaman çevrilişə cəhd uğurlu olardı.
Çavuşoğlu həmçinin Türkiyə və Rusiya Federasiyası əlaqələrini şərh edərək bildirib ki, o NATO və Aİ ilə əlaqələrə alternativ deyillər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.