haberL haberR

Çeçenistan prezidentindən Azərbaycana çağırış

Kateqoriya: Region Yayımlama tarixi: 04.09.2015 11:32:12

Kadırov sosial şəbəkədə yazıb.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov islam ölkələrinin liderlərini Yaxın Şərqdə münaqişələrdən əziyyət çəkən eyni dinə etiqad edənlərin müdafiəsinə qalxmağa çağırıb.

“Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Oman, Kuveyt, İordaniya, İndoneziya, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Tacikistan və yerdə qalan bütün müsəlman ölkələrini “din qardaşları”nın müdafiəsinə qalxmağa çağırıram”, - Kadırov sosial şəbəkədə yazıb.

Kadırovun sözlərinə görə, əgər müsəlmanlar Qərbin insafsız siyasətinə qarşı durmasa bu bəlaya istənilən islam ölkəsi düçar ola bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.