haberL haberR

Çeçenistanda 36 min nəfərlik iftar süfrəsi açılacaq

Kateqoriya: İslam Yayımlama tarixi: 29.06.2016 15:25:24

Çeçenistan təxminən 36 min nəfərin toplaşacağı ifat baş tutacaq.

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Qroznının mərkəzi küçələrində 2,5 min stolun quraşdırılacağı planlaşdırılır. Onların ümumi uzunluğu 18 kilometrə çatacaq.

İftar üçün yeməklər xüsusi quraşdırılmış “səhra mətbəxlərində” hazırlanacaq. İftarın keçirələcəyi küçələr isə əlavə işıqlandırılma ilə işıqlandırılacaq.

“Bütün xərcləri Əhməd Kadırov adına xeyriyyə fondu öz üzərinə götürəcək. Bizim planımıza əsasən, iftara azı 36 min nəfər toplaşacaq.” – deyə Qroznı meri Muslim Xuçiyev bildirib.

İftar neçəyə başa gələcəyi haqda isə hələ ki, məlumat verilməyib.

Xatırladaq ki, hazırda Rusiyada keçirilmiş ən iri iftar iyunun 22-si Kazan şəhərində baş tutmuşdu.. İftarda 10 min nəfər iştirak etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.