haberL haberR

Çeçenistanda dünyanın ən böyük məscidlərindən biri tikilir

Kateqoriya: İslam Yayımlama tarixi: 15.05.2015 13:00:00

Şali şəhərində dünyanın ən böyük məscidləri sihahısına daxil olacaq məscid tikilir

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Çeçenistanda 20 min nəfər tutumlu məscidin inşası gedir. Bu məscidin açılışından sonra dünyanın ən böyük məscidlərindən biri olacağı bildirilir. Məlumatı Çeçenistan prezidenti Ramzan Kadırovun mətbuat katibliyi yayımlayıb.

Ramzan Kadırov: “ Şali şəhərində dünyanın ən böyük məscidlərindən biri inşa edilməkdədir. Bu gün mən tikinti meydançasında idim. 20 min nəfər tutumu olan məscidin gümbəz hissəsinin tikintisi sona çatmaq üzrədir”.

Kadırov bildirib ki, məscidin tavanın hündürlüyü 36 metr minarələrin hündürlüyü isə 64 metrdir.

Qeyd edək ki, Şali məscidinin lahiyəsi özbək memarları tərəfindən hazırlandığı bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.