Çeçenistandan İŞİD-ə 405 terrorçu qatılıb

İslamazeri.az Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistan Daxili İşlər Nazirliyinin nümayəndəsi məsələ ilə bağlı açıqlamasında, "Əlimizdəki məlumatlara görə, indiyədək Suriyada İŞİD sıralarında döyüşməyə gedənlərin sayı 405-ə çatıb. Bunlardan 104-ü məhv edilib, 44-ü geri qayıdıb, qalanlarının başına nə gəldiyi isə bilinmir",- deyə bildirib.
Suriyadakı döyüşlərə qoşulanlarla bağlı 88 cinayət işinin açıldığını açıqlamalarına əlavə edən Daxili İşlər Nazirliyinin nümayəndəsi qayıdanların bəzilərinin saxlanıldığını, bəzilərinin isə cəzasını çəkib azadlığa çıxdığını söyləyib. Çeçenistan daxili işlər nazirinin köməkçisi Apti Alaudinovun ifadəsinə görə də son zamanlar ölkənin müxtəlif bölgələrindən övladları İŞİD-ə qatılan və ya qatılmağı düşünən bir çox ailə onlara müraciət edib.
Gənclərin Suriyaya gedişilə bağlı ciddi iş apardıqlarını deyən Alaudinov, "Hər gün bu istiqamətdə işlərimiz olur. Yazışmalar, gedilən yollar və hərəkət kanalları barədə məlumatlarımız etibarlıdır. İnsanlar uşaqları üçün bizə müraciət edirlər. Biz də onlara uşaqlarının geri qayıtması üçün yardımçı oluruq",- deyə əlavə edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.