haberL haberR

Çeçenistanın 11 rayonunda leysanlara görə fövqəladə vəziyyət elan edilib

Kateqoriya: Region Yayımlama tarixi: 10.06.2016 13:54:00

Çeçenistanda davam edən leysan yağışları nəticəsində zərər görmüş rayonların sayı 11-ə çatıb.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, həmin rayonlarda fövqəladə vəziyyət elan edilib. Komleks əlverişsiz hava hadisələrinin və sürüşmə prosesinin 9 iyun, 2016-cı il, saat 10:00-dan fəallaşması ilə əlaqədar olaraq Çeçenistan respublikasının 11 bələdiyyə rayonunda  “fövqəladə vəziyyət”  rejimi elan edilib.

Qərar  respublika ərazisində fövqəladə vəziyyətin xəbərdar edilməsi və aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə hökumət komissiyasının növbədən kənar iclasında qəbul edilib.

Rayon başçılarına fövqəladı xidmətlərin cəlb edilməsi ilə qəza-bərpaetmə işlərinin aparılması, dəymiş zərərin hesablanması, xəsarət alanların siyahısının tutulması və s. tapşırılıb.

Sənədə əsasən, Respublika Kənd Təsərrüfatı Nazirliyinə  Çeçenistanın Vedenskiy rayonunda xəsarət alanları azuqə ilə təmin etməsi tapşılırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.