Çeçenistanın paytaxtı Qroznıda partlayış baş verib
Polis əməkdaşları cinayətkarların Qroznıya girməsinə icazə verməyib

İslamAzeri.az rus mediasına istinadən xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən nəzarət keçid məntəqəsində baş verən partlayış nəticəsində 6 polis əməkdaşı xəsarət alıb.
“Polis əməkdaşları cinayətkarların Qroznıya girməsinə icazə verməyib. Bu gün Qroznının kənarında yerləşən “138” nəzarət-keçid məntəqəsində polis əməkdaşları üzərlərində qumbara və partlayıcı maddələri olan iki silahlı şəxsin şəhərə girmələrinin qarşını alıblar. İlkin məlumata əsasən, cinayətkarların məhv edilməsi zamanı 6 polis əməkdaşı xəsarət alıb, onlardan ikisinin yaraları daha ağırdır”, – deyə Çeçenistan DİN-dən bildiriblər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.