haberL haberR

Çeçenlər Peyğəmbərin (s) karikaturasına qarşı etiraz mitinqinə çıxacaqlar

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.01.2015 12:48:19

Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov özünün "instagram" səhifəsində bildirib ki, yanvarın 19-da Qroznıda Peyğəmbərin (s) karikaturasına qarşı xalqın etiraz mitinqi olacaq

İslamazeri.az-ın məlumatına görə, Çeçenistanın dövlət başçısı deyib: "Biz gündə yüz dəfə Peyğəmbərimizə (s) dua ilə müraciət edirik ki, Allahdan bizə şəfaət diləsin. Fransız jurnalı əməkdaşlarının əxlaqsız əməllərinə və onları bu işə sövq edənlərə kütləvi münasibət bildirməyin vaxtı çatıb. Dinc nümayişimizdə 500 min insan iştirak edəcək".

 

R.Kadırov daha sonra yazır: "Biz bütün dinlərə hörmətlə yanaşırıq. Amma heç kimə imkan vermərik ki, bizim Peyğəmbərimizi (s) təhqir etsin! Bunu etməyə cəhd göstərən isə bizə düşməndir! Biz vəhhabilərlə, ekstrimistlərlə Peyğəmbərin (s) karikaturasını yayanlar arasında fərq qoymuruq!".

 

Bu arada fransız karikatura jurnalına maliyyə dəstəyi göstərənlər də tapılıb. “El-Mundo” qəzetinin yazdığına görə, karikatura jurnalına "Google" şirkəti 300 min avro , “The Guardian” qəzeti 100 min avro bağışlayıb, “Le Monde” isə redaksiyaya bir neçə kompüter hədiyyə edib.

 

Digər mənbələr isə bu maliyyə yardımlarını və jurnal üçün internet vasitəsi ilə bir milyon avrodan çox vəsaitin toplanmasını "yeni xaç yürüşü nümunəsinə hazırlıq" adlandırıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.