haberL haberR

"Cəfəri Heyəti" Şəhid Mübarizi ziyarət edib - Foto

Kateqoriya: İslam Yayımlama tarixi: 20.06.2016 2:39:12

Seyid Mübariz İbrahimovun şəhadətinin ildönümü münasibəti ilə "Cəfəri Heyəti" şəhidi ziyarət edib

İslamazeri.az-ın verdiyi xəbərə görə, "Cəfəri Heyəti" 19 iyunda milli qəhrəman Seyid Mübariz İbrahimovun şəhadətə çatmasının ildönümü münasibəti ilə şəhidin məzarını ziyarət edib, məzara əklil qoyub, dualar oxuyub. Daha sonra təşkil olunan heyət məclisi Seyid Şəhid Mübarizə həsr edilib. Məclisdə Seyid Mübarizin igidliyindən, şəhadətindən söhbət açan ilahiyyatçı Samir Ağayev həmçinin dinimizin vətənə verdiyi dəyərdən danışıb. Məddah Hikmət Cəfəri də Seyid Mübarizin həyatı haqqında heyət iştirakçılarına məlumat verib. Seyid Mübarizə ithaf edilən şer səsləndirib. Məclisin sonunda Seyid Mübariz İbrahimovun adına ehsan süfrəsi də təşkil olunub.

 

İNFO: 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

2010-cu ildə Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda deyir: Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin.

Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

/haberimaj/habergaleri/6H3T5C6F5P2T.JPG
  1. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  2. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  3. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  4. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  5. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  6. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  7. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  8. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  9. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  10. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  11. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  12. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  13. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  14. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  15. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  16. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  17. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  18. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  19. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  20. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  21. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  22. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  23. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  24. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

  25. Cəfəri Heyəti Şəhid Mübarizi ziyarət edib - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.