haberL haberR

Cəlilabadda yol qəzası baş verib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 21.11.2015 10:58:07

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib

 Hadisə Ələt-Astara magistralının 129-cu kilometrliyində, yolun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Günəşli kənd sakini, 1976-cı il təvəllüdlü Niyaməddin Nadir oğlu Əliyevi vuraraq hadisə yerindən qaçıb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri almış N. Əliyev xəstəxanaya aparılarkən yarı yolda dünyasını dəyişib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

.APA

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.