haberL haberR

Cəmil Həsənlinin videomüraciəti yararsız hala salındı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 14.03.2015 12:02:24 4408 dəfə oxunub.

Milli Şura sədri Cəmil Həsənli onun adından istifadə edərək yalan məlumat yayanları və onun videomüraciətini yararsız hala salanları təxribatçı adlandırdı

Milli Şuranın sədri Cəmil Həsənlinin dünən vətəndaşlara etdiyi videomüraciət hakkerlər tərəfindən yararsız hala salınıb. Belə ki, video müraciətdə C.Həsənlinin səsi dondurularaq, yerinə musiqi fonu əlavə edilib. Onun kimlər tərəfindən hazırlanması tam dəqiq müəyyən olmasa da, Şura sədri bunu etməkdə hakimiyyət orqanlarını günahlandırır. 

İslamazeri.az xəbər verir ki, bu barədə dünən "Youtube" sosial şəbəkəsində videomüraciəti yayılan Milli Şura sədri Cəmil Həsənli özü deyib. O bildirib ki, bu addımların atılması yalnız hakimiyyət orqanları tərəfindən həyata keçirilə bilər. Çünki Milli Şuranın fəaliyyətində yalnız onların maraqları var: "O, videomüraciəti bu vəziyyətə gətirən hakimiyyət orqanlarıdır. Həmin video dünən şəbəkədə yerləşdiriləndən sonra geniş yayılmağa başladı, artıq kifayət qədər də yayılıb. Təəssüf edirəm ki, Milli Şura ilə informasiya müharibəsi aparılır. Halbuki, Azərbaycanın torpaqlarını işğal edən Milli Şura deyil. Milli Şuranın varis olduğu təşkilatlar öz canlarını Azərbaycanın torpaqları, ərazi bütövlüyü və azadlığı uğrunda fəda etmiş adamların təşkilatıdır. Ərazisi işğal edilmiş bir ölkənin təhlükəsizlik orqanlarının belə mənasız işlərlə məşğul olması sadəcə olaraq təəssüf hissi doğurur. Bu, Milli Şuraya qarşı, vətəndaşların konstution hüquqlarına qarşı təxribat aktıdır. Bu, hakimiyyət orqanları tərəfindən Milli Şuranın təyin etdiyi mitinqin kütləviliyinin qarşısını almaq üçün edilən uğursuz cəhdlərdir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.